Pantomima
Sami Paşazadə Sezai
Haseki tərəflərində bir çıxmaz küçənin içində tək duran üç otaqlı bir ev, bir məzar kimi, sonsuz bir səssizliklə dolu idi. Bir əskimişlik və unudulmuşluq içərsində tərk edilmiş halda qalırdı. Çatısından qopan bir taxta, damından uçan bir kirəmit, divarlarından diyirlənən bir daş illərcə düşdüyü yerdə qalardı. Hərdənbir çirkin, qoca bir Rum arvadı -cadugərlərə məxsus dəhşət və sükunətlə- çölə çıxaraq evində ehtiyac duyduğu vəsaitləri satın alar və tələm-tələsik evə girib itərdi. Evin kiçik bağçasında divara yaxın bir böyük ağac, İyulun o qızğın günəşi İstanbulun bu tərəflərini taqətsiz bir hərarət içində buraxdığı zaman yarpaqlarının arasına gizlənmiş sərin bir külək yaymağa başlayaraq o evin, o məhəllənin bir böyük yaşıl yelpiyi kimi havanı təzələyər və ona bir fərahlıq qazandırardı…
Yazın bir Cümə günü, günortaçağı, bu evdən, qoltuğunda boxçasıyla çıxan bir adam, qapısını etina və diqqətlə bağladıqdan sonra yoluna davam etməyə başladı. Arxadan baxılınca çiyinləriylə belinin genişliyi eyni olacaq qədər kök olan otuz üç yaşındakı bu adamın enli, ancaq çox qısa qıçları üzərindəki yükü istədiyi tərəfə aparmaq da çətinlik çəkdiyi görülürdü… Bu uzaq məhəllələrin tənha küçələrində düşüncəli, qəmli bir şəkildə yoluna davam edən bu adam, xalqı güldürmək üçün gedirdi…
آردینی اوخو/ Ardını oxu