
Dövlət, dil, dilçilik
Səlahəddin Xəlilov
Bir hadisələr dünyası, bir biliklər dünyası, bir də söz dünyası var. Əsas vəzifələrdən biri bu dünyalar arasında qarşılıqlı anlaşma, adekvat münasibət qurmaqdır. Söz, anlayış, logos adi danışıq dilinin əsasını təşkil edir. Məhz buna görədir ki, bir çox filosofların fikrinə görə, adi danışıq dili həqiqi varlığın özüdür. Yəni hadisələr dünyası da, ideyalar dünyası da məhz adi danışıq dili sayəsində həyatiləşir, insaniləşir və bizim üçün dünyaya çevrilir.
Bir ünsiyyət vasitəsi olmaqla bərabər, dil həm də biliklərin saxlanması, ötürülməsi və mənimsənilməsinə xidmət edir. Dili bilməyən adam həmin dildə saxlanmış bilik və dəyərlər sistemini də mənimsəyə bilməz.
Dilin daşıyıcısı yalnız bu dili bilən, bu dildə danışan konkret insanlar deyil, onlarıntoplusu da deyil, bütövlükdə millət, cəmiyyətdir; kütlə yox, strukturlaşmış sosial sistemdir.Və bu cəmiyyətdə dil özü də bir sosial institut kimi formalaşır və onun mövcudluğunun dakonkret insanlardan asılı olmayan obyektiv real formaları (qrammatika, lüğətlər, kitablar, disklər və s.), maddiləşmiş sosial hafizə yaranır. Xalqın bütün nümayəndələri sadəcə bu dildədanışdığı halda, onu tam şəkildə, bütöv bir fenomen kimi tədqiq edən, qoruyan, ümumicəhətlərini, qanunauyğunluqlarını, invariantlarını, habelə, başqa dillərə nəzərənxüsusiyyətlərini öyrənən ixtisaslaşmış adamlar – dilçilər yetişir.
آردینی اوخو/ Ardını oxu