ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

Can yanğısı - Abdulla bəy Divanbəyoğlu

+0 بگندیم

Can yanğısı (1903)

Abdulla bəy Divanbəyoğlu (1883–1936)

I
Danüzü idi. Hələ dan ulduzu batmayıb ərşi-fələkdə öz dövrünü edirdi. Mən də meşə cığırı ilə boyumdan uca otların arasından şehə bulana-bulana adət etdiyim sabah gəzməyimdən evə hərəkət edirdim. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım. Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdanmamış bir cığıra düşdüm. Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. Meşənin hələ çoxu oyanmamışdı, quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə və kəpənəklər çiçəklərin başına qona-qona idarə qayğısında idilər. Amma cücülərdən bir çoxu sübh açılmasından bixəbər idilər. Meşənin çıxacağında təzə tülu etmiş gün, yuxudan oyanmış dilbər kimi üzümə güldü. Onu hər tərəfə sürət ilə cərəyan şüaatından qamaşan gözlərimin önündə dürlü-dürlü rəngli dairəvi şeylər hasilə gəlib, dairələrini gah genişləyə-genişləyə və gah da daralda-daralda və gah da uzada-uzada bir-birini basıb çəkərək oynamağa başladılar. Köçərgi balalarına bu çox ləzzət verir!



آردینی اوخو/ Ardını oxu