Dövlət, dil, dilçilik
Səlahəddin Xəlilov
Bir hadisələr dünyası, bir biliklər dünyası, bir də söz dünyası var. Əsas vəzifələrdən biri bu dünyalar arasında qarşılıqlı anlaşma, adekvat münasibət qurmaqdır. Söz, anlayış, logos adi danışıq dilinin əsasını təşkil edir. Məhz buna görədir ki, bir çox filosofların fikrinə görə, adi danışıq dili həqiqi varlığın özüdür. Yəni hadisələr dünyası da, ideyalar dünyası da məhz adi danışıq dili sayəsində həyatiləşir, insaniləşir və bizim üçün dünyaya çevrilir.
Bir ünsiyyət vasitəsi olmaqla bərabər, dil həm də biliklərin saxlanması, ötürülməsi və mənimsənilməsinə xidmət edir. Dili bilməyən adam həmin dildə saxlanmış bilik və dəyərlər sistemini də mənimsəyə bilməz.
Dilin daşıyıcısı yalnız bu dili bilən, bu dildə danışan konkret insanlar deyil, onlarıntoplusu da deyil, bütövlükdə millət, cəmiyyətdir; kütlə yox, strukturlaşmış sosial sistemdir.Və bu cəmiyyətdə dil özü də bir sosial institut kimi formalaşır və onun mövcudluğunun dakonkret insanlardan asılı olmayan obyektiv real formaları (qrammatika, lüğətlər, kitablar, disklər və s.), maddiləşmiş sosial hafizə yaranır. Xalqın bütün nümayəndələri sadəcə bu dildədanışdığı halda, onu tam şəkildə, bütöv bir fenomen kimi tədqiq edən, qoruyan, ümumicəhətlərini, qanunauyğunluqlarını, invariantlarını, habelə, başqa dillərə nəzərənxüsusiyyətlərini öyrənən ixtisaslaşmış adamlar – dilçilər yetişir.
Dilçilər çox vaxt sözlərin mənasından sərf-nəzər olunaraq ancaq formanı, strukturu öyrənməyə çalışırlar. Nəyin deyilməsi yox, necə deyilməsi, hansı qaydaya əməl edilməsi önə çəkilir. Doğrudan da, onların əsas işi məhz formaların, qəliblərin öyrənilməsidir.
Sözlər dünyası hadisələr dünyasından və ideyalar dünyasından nə ilə fərqlənir? Sözlər dünyasının təşkilatlanma prinsipi, strukturu (qrammatika) dünyanın öz quruluşu ilə nə dərəcədə həmahəngdir? Bu baxımdan, quruluş, struktur önə keçir, mahiyyət göstəricisi olur.
Lakin dilin gücü təkcə onun strukturunda, formasında, quruluşunun mükəmməl olmasında deyil. Dilin gücü onun leksik zənginliyində, sözlərin çoxluğu və ya azlığında da deyil. Dilin gücü daha çox dərəcədə sözlərin məna yükündə, onların sərhədlərinin aydınlığında, demarkasiya prinsipinin təmin olunmasındadır.
F.Bekon müxtəlif filosofların bu məsələdə baxışlarını müqayisə edərək yazırdı ki, antik dövrün materialistləri «zəkanı şeylərin təbiətindən asılı hesab edirdisə, Platon dünyanı fikrə, Aristotel isə fikri sözə tabe edirdi». V.Humboldta görə, dil ruhun fəaliyyətidir; dilin öz strukturunda dünyaya müəyyən bir baxış yerləşmişdir. Struktur və məzmun arasında daxili rabitə, bir əks əlaqə münasibəti vardır.
Ana dili digər dillərdən onunla fərqlənir ki, ilk dəfə dil öyrənərkən uşaq həm də yaşamağı, həyatı, dünyanı öyrənir. Yəni ana dili dünyaya pəncərədir.
Azərbaycan dili zəngin dildir və ölkəmizdə bəlağətlə danışan gözəl natiqlər çoxdur.Bədii qiraət ustaları, toylarda, məclislərdə, mərasimlərdə çıxış edənlər çoxdur. Lakin rəsmidövlət dilinin, diplomatik dilin, iqtisadi, hüquqi razılaşmaların, müqavilələrin özünəməxsus dil incəlikləri var... Hər sözə xüsusi diqqət verilməsi, hər sözün hətta yaxın mənalı sözləriçərisindən daha dəqiq seçilib tapılması, incə mətləblərin maksimal bir dəqiqliklə çatdırılmasıüçün dilin bütün imkanlarının səfərbər edilməsini çoxları ancaq daha mükəmməl dil axtarışıkimi, natiqlik məharətinin nümayiş etdirilməsi kimi izah edirlər. Lakin bu belə deyil. Dilinkamilliyi məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. İncə mətləblər ancaq mükəmməldillə çatdırıla bilər.
Dil və dilçilik
Nəzəri olaraq hamının bildiyi, amma əməli həyatda nə üçünsə tez-tez yaddan çıxan bir həqiqətdən söz açmaq istəyirəm. Dil bütün xalqa məxsusdur və dilin subyekti, hərəkətverici qüvvəsi də dilçilər yox, bütün sahələrdə çalışan insanlardır. Bu müqəddəs işdə hərənin öz funksiyası, öz missiyası vardır.
Dil milli varlığın ən mühüm göstəricilərindən biridir. Təbii ki, biz bir millət olaraq öz ana dilimizin inkişafında maraqlıyıq. Amma öncə qarşıda duran vəzifənin miqyasını və əsas istiqamətlərini düzgün təsəvvür etmək lazımdır. Dil nə isə dilçilərə aid olan, dilçiliyin miqyası ilə ölçülən bir şey deyil.
Dilçiliyin inkişafı dilin inkişafının mühüm şərtlərindən və istiqamətlərindən ancaq biridir. Biz bunu ona görə xüsusi vurğulayırıq ki, çağdaş ictimai şüurda bu miqyas fərqi çox vaxt nəzərdən qaçırılır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, Azərbaycan dili ilə bağlı söz düşəndə, onun mahiyyətini, məzmununu, əhəmiyyətini, inkişaf perspektivlərini müzakirə edəndə, bir qayda olaraq dilçilərə müraciət edilir. Kütləvi informasiya vasitələrinin, jurnalistlərin məsələni məhz bu miqyasda gündəmə gətirməsi bir daha göstərir ki, dilimiz bir ictimai gerçəklik, milli atribut kimi çox məhdud və bəsit çərçivədə təsəvvür olunur. Jurnalistlər bir yana dursun, elm adamları da bu məsələyə münasibətdə eyni səhvə tez-tez yol verirlər. Məsələn, izahlı lüğətlərin yazılması əslində bir dilçilik məsələsi olmayıb, geniş dünyagörüşü tələb edir və bir çox elm sahələri üzrə mütəxəssislərin səylərinin birləşməsinə ehtiyac yaranır.
Belə bir faktı da xatırlatmaq yerinə düşərdi ki, müasir dilçiliyin baniləri V.Humboldt və Noam Çomski siyasətçi və filosof, Freqe, Vitqenşteyn və Rassel riyaziyyatçı və filosof olmuş və dilin yeni nəzəriyyələrini yaratmaqla linqvist kimi də xidmət göstərmişlər. Rus dilinin klassik izahlı lüğətinin müəllifi olan Vladimir Dal da bir dilçi deyil, ensiklopedik biliklərə malik görkəmli təbiətşünas alim olmuşdur. Yalnız lüğət yazıldıqdan sonra o həm də bir leksikoqraf kimi məşhurlaşmışdır. Müasir dövrdə də bu cür məsuliyyətli məsələlər kollegial surətdə, müxtəlif elm sahələrini təmsil edən görkəmli alimlərin birgə iştirakı ilə həll olunur. Amma bizdə nə üçünsə bu məsul vəzifə hələ də ancaq dilçilərə aid imiş kimi başa düşülür. Nəticədə müxtəlif ixtisas sahələrinə aid anlayışlar, elmi və fəlsəfi terminlər çox bəsit və bəzən yanlış izah olunur. Eləcə də terminologiya məsələləri. Elmlər Akademiyasının strukturunda ayrıca bir Dilçilik İnstitutunun olmasındadırmı, ya nədəndirsə, dillə bağlı məsələlərdə hamı yaxasını qırağa çəkib üzünü dilçilərə tutur. Hətta Terminologiya Komitəsi də rəsmən, formal surətdə ümumakademiya miqyasında yaradılmasına baxmayaraq, reallıqda Dilçilik İnstitutunun şöbələrindən biri kimi fəaliyyət göstərir. Maraqlıdır ki, bəzən hətta kimya, biologiya və s. təbiət elmlərinə dair terminologiya lüğətləri də dilçilər tərəfindən hazırlanır və bu sahədə dissertasiya işlərini də filoloqlar yazırlar.
Nə yaxşı ki, bu məsələnin böyük əhəmiyyətini nəzərə alan dövlət başçısı bu Komissiyanın statusunu dəyişmək və Nazirlər Kabineti nəzdində daha böyük səlahiyyətləri və fəaliyyət miqyası olan yeni Terminologiya Komissiyası yaratmaq haqqında sərəncam vermişdir. Ümid edirik ki, bu böyük və məsuliyyətli məsələ yenə dilçiliyin hüdudları ilə məhdudlaşdırılmayacaqdır.
Milli elmi dilin formalaşması və ədəbi dilin beynəlmiləl terminlər və elmi üslub hesabına zənginləşməsi prosesinə nəzarət etmək üçün təkcə müşavirələr, terminologiya komitələrinin iclasları kifayət deyil. Bunun üçün həmin dildə elmi və fəlsəfi əsərlər yaradılmalıdır. Dilin gözəlliyi onun səslənmə xüsusiyyətləri və bədii ifadə imkanları ilə müəyyən olunduğu kimi, dilin tutumu da onun ifadə edə bildiyi fikrin dərinliyi və dəqiqliyi ilə müəyyən olunur.
Lakin bununla belə elmi-fəlsəfi dil bədii dildən fərqli olaraq milli çərçivələr daxilində deyil, daha çox ümumbəşəri elmi-fəlsəfi fikir prosesinin təsiri altında formalaşır. Fundamental elmi əsərlər təkcə müəllifin mənsub olduğu millətin yox, bütün bəşəriyyətin intellektual sərvətinə çevrilir. Burada aparıcı olan ümumbəşəri elmi təfəkkürdür ki, o da ilk dəfə bu elmi yaradan xalqın dilində ifadə olunur, həmin dilin qəlibinə salınır. Başqa xalqlar isə orijinalda deyilmiş fikirləri ilkin dil qəlibindən çıxardaraq öz dil qəliblərinə salmaq və müstəqil yaradıcılıqla yox, tərcümə ilə bağlı «baş sındırmaq» məcburiyyətində qalırlar.
Hegel deyir: “Öz dilində elmin bütün xəzinəsini ifadə etməyi bacarmayan xalq savadlı hesab oluna bilməz. ...Başqa dildə çatdırılan biliklər öz dilimizdə nüfuz edə biləcəyimiz incəliklərdən məhrumdur. Onlar bizdən arakəsmə ilə ayrılaraq bizim ruhumuzla qaynayıb-qarışa bilmirlər!” Ancaq tərcümələr sayəsində inkişaf etmək istəyən dillər kənar təsirlərə məruz qalır, təbii inkişaf meyllərindən, öz immanent xüsusiyyətlərindən uzaqlaşmış olur və nəticədə dildə özgələşmə prosesi gedir. Lakin əgər ancaq sözlər yox, həm də elmi mətnin ümumi ruhu milli dilə çevrilirsə və milli dilin potensialı buna imkan verirsə, – ancaq bu zaman dil özgələşmədən xilas ola bilər və milli elmi dil üslubu formalaşmış olar. Bunun üçün isə əsas yük, ağırlıq mərkəzi dilin üzərinə yox, elmi-fəlsəfi fikir prosesinin üzərinə düşməlidir.
Azərbaycanda nəinki dilçilər, heç fəlsəfəçilər də ümumi dilçilik, dilin fəlsəfəsi sahəsində müasir tələblər səviyyəsində elmi tədqiqat aparmadığından, dilşünaslarımız bu sahədə dərslik yazarkən ancaq rus mənbələrinə istinad etmək məcburiyyətində qalırlar. Lakin Rusiyada da dilşünaslıq əsasən öz məcrasında inkişaf etdiyindən müasir fəlsəfi tədqiqatlarla əlaqə yaradılmamışdır. Düzdür, «ümumi dilçilik» məsələləri, «dilin mahiyyəti», «dil və nitq», «dil və təfəkkür» kimi problemlər əsasən fəlsəfi ədəbiyyata istinadla işıqlandırılır, lakin burada başlıca olaraq klassik fəlsəfi irs nəzərə alınır. Halbuki, XX əsrin ikinci yarısında dilin fəlsəfi məsələləri bilavasitə fəlsəfənin aparıcı tədqiqat istiqamətlərindən birinə çevrilmiş və bu təməldə tənqidi rasionalizm, analitik fəlsəfə, linqvistik analiz, strukturalizm, poststrukturalizm, hermenevtika və s. təlimlər inkişaf tapmışdır. Lakin filosoflar bu problemlə dilçilik kontekstində deyil, məhz fəlsəfənin əsas məsələsi kimi məşğul olduqlarından, görünür, dilçilərin bu prosesə müdaxiləsi o qədər də asan deyil. Hər halda dilşünaslığın rus dilli mənbələrində bu baryer hələ keçilmədiyindən, Azərbaycan dilşünaslarından bunu gözləmək sadəlövhlük olardı.
Azərbaycanda fəlsəfi fikrin də səviyyəsi ən azı yarım əsr geri qaldığından fəlsəfi fikirlə dilşünaslıq arasında müəyyən bir paritet əmələ gəlmişdir. Həm də etiraf etmək lazımdır ki, bu paritet hərdən bir pozulursa, onu yenə də fəlsəfəçilər yox, dilçilər pozur. Amma yeganə çıxış yolu bu iki elmi fəaliyyət istiqamətinin sıx surətdə əlaqələndirilməsi, birgə axtarışlar aparılmasıdır.
Azərbaycan dilinin müasir mərhələdəki inkişaf yolu sahələr üzrə dil üslublarının formalaşmasından, ümumi dilçiliyin fəlsəfi fikir səviyyəsinə qaldırılmasından keçir. Amma ən önəmli olan dilçilərdən və filosoflardan öncə hər bir fəaliyyət sahəsində çalışan mütəxəssislərin milli təfəkkür sahibi olmasıdır. Çünki dilin subyekti millət özüdür.
Hər bir təbii dil birinci növbədə adi danışıq dilindən ibarətdir. Onun ilk mənbələri sırasında ailədəki dil mühitini, şifahi xalq ədəbiyyatını, milli bədii ədəbiyyatı, tərcümə ədəbiyyatını, daha sonra isə tədrisin dilini; müxtəlif fənlər üzrə biliklərin çatdırılmasına xidmət edən ixtisaslaşmış dil üslublarını xüsusi qeyd etmək olar. Sonrakı mərhələdə hər bir şəxs dili öz şəxsi həyatında istifadə etməklə bərabər öz peşə-ixtisas fəaliyyətlərində artıq ixtisaslaşmış bir dil üslubuna yiyələnməklə istifadə edir.
Beləliklə, həyata hazırlanmaq, cəmiyyətin bir üzvünə çevrilmək üçün dilin yaxşı mənimsənilməsi ilkin əsas şərtlərdən biridir. O, insan həyatında iki fərqli statusda iştirak edir. İlk növbədə dil həyatın öz strukturuna daxildir. Yəni həyat dediyimiz fenomen, əgər o, real və canlıdırsa, mütləq hansı isə bir dil sayəsində aktuallaşır və bütövlük kəsb edir. Yəni dil həyatın öz bətnindədir. İkincisi, həyata qədəm qoyan, müəyyən mənada ona müsafir olan hər bir fərd üçün həyat öncədən, əvvəlki nəsillərin səyləri ilə formalaşmış ictimai gerçəklikdir və bu fərd özü ilə bu kənardakı ictimai həyat arasında bir rabitə qurur; nisbətən məhdud ictimai miqyasda, məsələn, ailədə formalaşan bir uşaq daha geniş miqyaslı bir ictimai mühitə daxil olarkən öncədən müəyyən bilik və dil potensialı ilə təchiz edilmiş olur. Sonra məktəb həyatı başlanır. Və məktəb bir növ ailə ilə cəmiyyət arasında körpü rolunu oynayır; yəni uşaqları böyük həyata hazırlayır. Məktəb də öz funksiyasını ilk növbədə dil vasitəsilə həyata keçirir. Lakin tədris proqramında dilçiliyin xüsusi çəkisi çox da yüksək deyil. Buna ehtiyac da yoxdur. Çünki uşaqlar dilə onun qrammatikasını öyrənmədən əvvəl yiyələnmiş olurlar. Ailədə də, uşaq bağçasında və ibtidai məktəbdə də dilin öyrədilməsi bir növ təbii surətdə həyata keçir və burada hansı isə bir dilçinin və ya qrammatika kitablarının iştirakına ehtiyac duyulmur. Ancaq əməli dil, məişət dili mənimsənildikdən, müəyyən bir dil təcrübəsi əldə edildikdən sonra dilçilər də bu prosesə qoşulur və “kortəbii” mənimsənilmiş dilin qaydalarını, strukturunu və bütün bunların elmi əsaslarını öyrətməyə başlayırlar. Dilin qaydalara salınması və ya artıq mənimsənilmiş bir dildə nə isə daxili bir qanunauyğunluq və qaydaların mövcudluğunun aşkara çıxardılması sonrakı prosesdə sadəcə kortəbii surətdə deyil, dərk olunmuş bir hadisə kimi öyrənilir, onun sanki ikinci doğuluşu baş verir.
Amma təəssüf ki, məktəblərdə xarici dillərin tədrisi zamanı ana dilinin mənimsənilməsindəki təbiilik sanki yaddan çıxır və lap əvvəldən qrammatikaya yer ayrılır. Xüsusən sovet təhsilindən qalmış bu ənənə ona gətirib çıxarır ki, 10 il orta məktəbdə, üç il də universitetə dil öyrənən gənclərimiz qrammatikanı az-çox mənimsəsələr də, həmin dildə danışa bilmirlər. Biz bu faktı həm də ona görə yada salırıq ki, bu cür tədris üsulu əslində dilin dilçiliklə məhdudlaşdırılması ənənəsinə daha bir misaldır.
Fəaliyyət sahələri və dil üslubları
Dil əməli fəaliyyət prosesində yaranmışdır və əmək bölgüsü nəticəsində tarixən dilin özündə də daxili bölgü getmiş, adi danışıq dili zəminində peşəkar dil üslubları formalaşmağa başlamışdır. Bu üslublar, lazım gəldikdə müəyyən ixtisas sahəsinin tam spesifik dili olan simvolika sistemi ilə danışıq dili arasında körpü rolunu oynayır. Məsələn, riyazi simvollarla ifadə olunmuş qanun müvafiq terminlər vasitəsilə danışıq dilində də ifadə oluna bilər. Lakin bu, artıq adi danışıq dili deyil, milli elmi dildir. Onun inkişafı, bir tərəfdən, elmin bölgəsəl inkişaf səviyyəsi, digər tərəfdən də milli danışıq dilinin potensial imkanları ilə müəyyən olunur. Elm inkişaf etdikcə daha çox nisbi müstəqillik qazanan elmi dil, dönüb adi danışıq dili ilə əks əlaqəyə girir, onun daha da zənginləşməsinə səbəb olur. Sözlərin mənaları dəqiqləşir, incə mahiyyət və məzmun fərqləri adi danışıqda da nəzərə alınır.
Milli dili zənginləşdirən, inkişaf etdirən ən mühüm peşəkar dil sahələrindən biri də, heç şübhəsiz, bədii dildir. Sözlər obrazlaşır və bədii obrazlar sözə çevrilərək milli bədii dilin nisbi müstəqilliyini artırır. Bu sahədəki inkişaf da yenə əks əlaqə vasitəsilə adi danışıq dilində iz buraxır. Beləliklə, söz ehtiyatı bədii ifadələr və elmi terminlər hesabına artır, danışıq dilinə yeni üslub çalarları əlavə olunur.
Milli dövlət quruculuğunun çox mühüm şərtlərindən biri milli ədəbi dilin zəminindəxüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Burada biz aydınlıq üçün “dövlət dili” anlamınıniki fərqli mənasını nəzərə almalıyıq. Hər hansı bir dilin hüquqi aktla “dövlət dili” elanolunması heç də bütün sahələrdə ancaq həmin dildən istifadə olunmasını nəzərdə tutmur.Elmdə, sənətdə, iqtisadiyyatda, ticarətdə, özəl şirkətlərdə insanlar ünsiyyət dili seçməkdəazaddırlar. Və kimi isə icbari yolla bu dildə danışmağa vadar etmək olmaz. Bunun üçün dövlətlə yanaşı, cəmiyyət özü bu dilin fəal daşıyıcısı olmalıdır. Yəni dili bilmədən elmi mühitə daxil olmaq, iş qurmaq, bazarlıq etmək mümkün deyil. Kimsə inzibati yolla deyil, təbii şəkildə, ehtiyacdan dolayı milli dili öyrənmək məcburiyyətində qalacaqdır. Lakin bizdə real ictimai həyat öz milli müəyyənliyini yetərincə ifadə edə bilirmi? Bax, bu, həllini axtaran ayrıca bir məsələdir.
Deməli, dövlət dilinin tətbiqi dedikdə, söhbət dövlət idarələrindən, rəsmi dövləttədbirlərindən, rəsmi yazışmalardan gedir. Dövlət dilini bilmək tələbi məcburi akt kimi ancaqdövlət məmurlarına, vəzifəli şəxslərə tətbiq oluna bilər. Lakin onların bilməli olduğu dil necəbir dildir? Azərbaycan dilini bilməyin çox müxtəlif səviyyələri ola bilər. Azərbaycan dilindəçox müxtəlif dil üslubları vardır ki, dövlət idarələrində bunlardan birini – rəsmi dil üslubunuxüsusilə mükəmməl bilmək tələb olunur. Məsələn, bədii dili, hətta ümumiyyətlə ədəbi dili çoxgözəl bilən bir şəxs, şair və ya yazıçı rəsmi sənədləri tərtib etməkdə çətinlik çəkə bilər.Deməli, bədii dil, elmi dil üslubları ilə yanaşı rəsmi (dəftərxana) üslubunu öyrənməyə böyükehtiyac var. Bu mənada başa düşdükdə dövlət dilini sadəcə elan etməklə iş düzəlmir. Həmdə bu dili formalaşdırmaq lazım gəlir.
Heydər Əliyev Azərbaycan dilini bizim ən böyük milli sərvətimiz hesab edirdi.Təsadüfi deyil ki, əsrlərin sınağından çıxmış, böyük təzyiqlərə və məhrumiyyətlərəbaxmayaraq qorunub saxlanmış və milli mənsubiyyətimizin ən böyük rəmzi və dəlil-sübutukimi Azərbaycan xalqının bir millət kimi formalaşmasında müstəsna rol oynamış Azərbaycandili öz həqiqi qiymətini ancaq müstəqillik dövründə ala bilmişdir. Lakin müstəqillik illərindədə Azərbaycan dilini yeni sınaqlar gözləyir. Çünki məhz bu dövrdə imperiya buxovlarındanazad olmuş Azərbaycanın qapıları bütün dünyaya açılır və gənc bir dövlət möhtəşəmqloballaşma dalğaları ilə üz-üzə gəlir. Ona görə də, yeni bir missiya: dilin keşiyində durmaq, onu xarici təsirlərdən və “yad nəzərlər”dən qorumaq vəzifəsi gündəmə gəlir.
Azərbaycan qloballaşma prosesi ilə çox spesifik bir şəraitdə üzləşmişdir. XX əsrin sononilliyində imperiya buxovlarından azad olan və siyasi müstəqillik əldə edən Azərbaycaniqtisadi, mədəni, mənəvi sahələrdə də özgürləşmək, habelə müstəqil dil siyasəti yeritmək,milli dili inkişaf etdirmək şansı qazandı. Lakin digər tərəfdən, dünya iqtisadiyyatınainteqrasiya olunmaq zərurəti bizi yenidən qapıları açmağa və xarici dillərin (əsasən ingilis dili)təsir dairəsinə düşməyə vadar etdi. Qarşı-qarşıya hərəkət edən milliləşmə və qloballaşmadalğalarının burulğanında rus dilinə qarşı yönəlmiş mərkəzdənqaçma qüvvələri səngidi və oda öz donunu dəyişərək hələ tamamilə itirilməmiş mövqelərini yeni ampluadamöhkəmləndirməyə başladı.
Ənənəvi beynəlmiləl Bakı öz milliləşmə missiyasını qloballaşma kontekstində həyatakeçirmək məcburiyyətində qaldı. Lakin bizcə, burada narahatlıq üçün ciddi əsas yoxdur.Əslində bu proseslərin birgə getməsi, mərkəzəqaçma və mərkəzdənqaçma qüvvələrininbir-birini tarazlaşdırması bir qütbdən başqa qütbə sıçrayış təhlükəsini aradan qaldırır və dilsahəsində tarazlı siyasət yeridilməsinə şərait yaradır.
Ən mühüm şərt budur ki, ölkəmizin beynəlxalq münasibətlər şəbəkəsində mövqeyininmöhkəmlənməsi naminə xarici dillərin getdikcə daha çox öyrənilməsi milli dilin unudulmasıvə ya arxa plana keçməsi hesabına deyil, onunla paralel surətdə həyata keçirilsin. Başqa dillərbizdən asılı olmadan, o dillərin öz sahibləri tərəfindən inkişaf etdirilir. Biz onlardan hazırşəkildə istifadə edirik. Öz dilimizi inkişaf etdirmək vəzifəsi isə bizim üzərimizə düşür. Buradahəm də belə bir məqam nəzərə alınmalıdır ki, başqa dillərin imkanlarından istifadə dərəcəsidə bizim ilkin bilik və təfəkkür səviyyəmizlə məhdudlaşır. Bu baxımdan, təfəkkürün özölçülərini, hüdudlarını müəyyən edən milli dilin zənginliyi və üslub rəngarəngliyi bizim xarici,dillərdəki fikirlər sərvətindən bəhrələnmək imkanlarımızın da əsas meyarlarından biridir.
Bütün etnosların, etnik qrupların öz dili var və onlar, ən azı, məişət səviyyəsindəünsiyyət vasitəsi kimi istifadə olunur. Lakin bu dillərin böyük əksəriyyəti bu və ya digərsahələrdə peşəkar fəaliyyətin təminatçısı olan müstəqil dil üslublarını ehtiva edə bilmir və bu,mümkün də deyil. Məhəlli miqyasdan, adi danışıq dilindən çoxaspektli peşəkar dil üslublarınıəhatə edən həqiqi böyük dil miqyasına qalxmaq çox az dillərə müyəssər olur. Bunun üçüntəkcə əhalinin sayı və hətta mədəni inkişaf səviyyəsi kifayət deyil. Bunun üçün həm dədövlətçilik ənənəsi lazımdır.
Dövlət dili. Dilin dövlət idarəçiliyi funksiyası
Hər hansı bir xalqın müstəqil dövlətə malik olması və onun dilinin “dövlət dili” elanolunması özü-özlüyündə bu dilin kamillik dərəcəsinə dəlalət etmir. Bu halda söhbət ancaqdilin kamilləşməsi üçün açılan imkanlardan, yaradılan şəraitdən gedə bilər. Dilin real inkişafsəviyyəsi aşağıdırsa, millət bu və ya digər fəaliyyət sahələrində ya başqa dillərdən istifadəetmək məcburiyyətində qalır, ya da öz dili öz inkişafı üçün buxova çevrilir. Tarixdən yaxşıməlumdur ki, bir sıra ölkələr bu və ya digər fəaliyyət sahəsində daha çox inkişaf etmiş vədaha əlverişli olan vahid dildən istifadəyə üstünlük vermişlər. Elə ölkələr məlumdur ki,müəyyən tarixi dövrlərdə onların ərazisində dövlət dili bir, elmi dil başqa, poeziya, sənət diliisə başqa bir dil olmuşdur. Orta əsrlərdə bir çox ölkələrdə fars dili poeziya dili kimi, ərəb dilielm dili kimi qəbul olunmuşdur. Qərb intibahından sonra demək olar ki, bütün Avropaölkələrində latın dili elm dili kimi istifadə edilmişdir. Müasir dövrdə bu funksiyanı ingilis diliöz üzərinə götürmüşdür. Bir çox ölkələr öz dillərini adi danışıq vasitəsi kimi saxlamaqla,təkcə elm sahəsində deyil, dövlət dili kimi də ingilis dilindən istifadə edirlər. Dövlətçiliyininkişaf səviyyəsi ilə mədəniyyətin bu və ya digər sahəsinin inkişaf səviyyəsi uzlaşmadıqdabelə hallar labüddür.
Böyük dil o dil sayılır ki, onun qoynunda bütün peşəkar fəaliyyət sahələri sərbəstinkişaf edə bilsin. Bizim dilimiz əsrlərin sınağından çıxaraq bir sıra istiqamətlərdə peşəkar dilüslublarını ehtiva edə bilmişdir. Ədəbi dilimizin böyük daxili potensialı və zəngin söz ehtiyatı,habelə tarixin ayrı-ayrı dövrlərindəki dövlətçilik ənənəmiz bu gün bizim heç bir başqa diləmüraciət etmədən bütün fəaliyyət sahələrini əhatə edən mükəmməl milli dil səviyyəsinəqalxmağımıza imkan verir. Əsas vəzifə bu imkanın vaxtında reallaşdırılmasıdır.
İctimai həyatın bütün sahələrinin; iqtisadi, siyasi, hüquqi, mədəni-mənəvi problemlərindövlətçilik mövqeyindən vahid konseptual şərhinin verilməsi, bütün bu sahələrdə müstəqilAzərbaycan dövlətinin strateji fəaliyyət proqramlarının bəyan edilməsi milli dilin sahələr üzrə üslublarının formalaşmasını tələb edir.
Diplomatiya sahəsində beynəlxalq maraqlar sistemindəki labirintlərdən ustalıqla,ehmalca keçmək, milli mənafeyin konturlarını incə ştrixlərlə cızmaq hər sözün yüz ölçülüb,bir biçilməsini tələb edir. Dövlətin, millətin mənafeyini, marağını, onunla bir müstəvidə olanbaşqa maraqlara toxunmadan ifadə edə bilmək iynə gözündən sap keçirmək qədər çətindir.Burada fikirlərin incə-mürəkkəb quruluşu sözün, cümlənin də incə-mürəkkəb quruluşunutələb edir. Hər hansı yonulmamış fikir, qaba söz, çoxmənalı ifadə sonradan qarşısı alınmasıçox çətin olan problemlər törədə bilər.
Bəli, müstəqillik əldə edilməsi ilə Azərbaycan dilinin həqiqətən dövlət dili kimi,diplomatik dil kimi işlədilməsinə, dəftərxana üslubunun inkişafına hüquqi və siyasi real zəminyarandı. Lakin dilimiz keçid dövründə bir bədii dil olaraq nə qədər zəngin idisə, bir elmi dil,fəlsəfi dil, siyasət dili olaraq, ən başlıcası isə dövlətçilik dili kimi bir o qədər məhdud idi.Qarşıda böyük bir vəzifə durur. Dövlətçiliyin inkişafı ilə yanaşı, dövlət dilini də inkişafetdirmək. Lakin bu işin öhdəsindən kim gəlməlidir? Bu vəzifəni kim icra etməlidir: dilçilərmi?Xeyr. Söhbət dilin inkişafının başqa aspektindən gedir.
Necə ki, dövlət dilini inkişaf etdirmək üçün dövlətçilik təfəkkürü lazım idi, eləcə də elmi dili inkişaf etdirmək üçün elm adamlarının və digər sahə dillərini inkişaf etdirmək üçün də müvafiq sahələrdə çalışan adamlardan milli təfəkkür tələb olunur. Lakin milli təfəkkür necə formalaşır, necə inkişaf edir və bunun üçün hansı addımlar atılmalı, nə kimi işlər görülməlidir? Bu məsələlər müasir dövrdə milli fəlsəfi fikrimizin ən aktual problemləri sırasındadır.
Millət öz poeziyası, ədəbiyyatı, hətta elmi ilə nə qədər qabağa getsə də, onundövlətçilik təcrübəsi yoxdursa, deməli, milli dövlət dili də hələ formalaşmayıb. Yaxşıbələdçilər, yolaçanlar olmazsa, dövlətçiliyin və milli dövlət dilinin formalaşması prosesi də uzun çəkə bilər.
Bu gün dilimizin inkişafının əsas qarantı dövlətimizdir. Digər tərəfdən, dilimiz də öznövbəsində, dövlət müstəqilliyimizin mühüm qarantlarından biridir.
Qaynaq: