+0 بگندیم

Tağı Şahbazi Simurğ - Qayçı
Məşədi Salmanın arvadı Gülcahan yoğurmuş olduğu xəmirin "gəlməsini" gözləyir və hər yarım saatdan bir xəmirin üzərindəki isti parçaları qaldırıb, əli ilə xəmirdən bir çəngə dartıb baxırdı. Axırıncı dəfə yenə baxdı.
- Hələ bir az qalıb, - deyə xəmiri bərk-bərk basdırdı. Xəmiri
basdırandan sonra Gülcahan mətbəxin yanındakı təndirə doğru gəlib, təndirin odununu kösövlə qarışdırdı.
Məşədi Salman evin qarşısındakı daş üzərində oturub, atın yüyən və cilovunu təmir edirdi. Birdən Məşədi Salman yüyəni, cilovu və iynəni daş üzərinə qoyub qalxdı və sürətlə evin içərisinə getdi. Bir azdan sonra Məşədi Salman arvadı səsləyib qayçının yerini sordu. Arvad cavab verdi. Məşədi axtardı, tapılmadı. Onda Məşədi Salman başını qapıdan çıxarıb, arvadı tərəfə dedi ki:
- Bu xarabada heç bir vaxt heç bir şey tapmaq mümkün olmayır; qayçı yoxdur!..
Gülcahan yanındakı yorğançanı da tələsik xəmirin üzərinə salaraq, qayçını axtarmağa getdi.
آردینی اوخو/ Ardını oxu



































































