Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:
ƏHMƏD BƏY AĞAOĞLU
Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında uzlaşdırma yolu ilə “islam millətçiliyi” elmi-rasional nəzəriyyəsini irəli sürmüş, sonralar onu siyasi-dini birlik kimi təbliğ etmişdir. Hüseyn Baykara, Mirzə Bala Məhəmmədzadənin mülahizələrincə, həmin dövrdə Ə.Ağaoğlu qabaqcıl ziyalı kimi, əsasən, İslam dinində islahatlar aparmaqla müsəlmanların ictimai-siyasi tərəqqisinə və yüksəlişinə çalışmış, daha çox “islam millətçiliyi”ni, ya da islamçılığı təbliğ etmişdir. Azərbaycan Türk milli ideyasının müəllifi, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin təbrincə desək, bu dövrdə “milliyyətpərvərliyin ən addı-sanlı mürşidləri, başda Ağaoğlu Əhməd bəy olmaqla, islamçılıqla türkçülüyü çox da ayırmır, türklük namına deyil, müsəlmanlıq namına mübarizə aparırdılar. Milli hərəkatımızın adı “panislamizm” idi. Bu yalnız rusların xətası deyildi. Özümüz də islamiyyəti milliyyət məfhumu yerində işlədirdik”.
آردینی اوخو/ Ardını oxu