ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

Qurdlar və manqurdlar

+0 بگندیم


səs fayli yüklə

" style="font-size:11pt;font-family:Calibri,sans-serif">Qurdlar və manqurdlar

  Dünya tarixinə və ədəbiyyatına yön verən çox zəngin sözlü və yazılı mədəniyyət ünsürlərinə sahib olan Türklər köçlər, döyüşlər və ticari əlaqələr nəticəsində bir çox qövmlə etkiləşim içində olmuşlar. Bu etkiləşim nəticəsində hələ yazının olmadığı dövrlərdə zəngin bir sözlü mədəniyyət xalqın dilində boydan- boya, nəsildən nəsilə köçürülərək günümüzə qədər gəlmişdir. sözlü mədəniyyət ürünlərindən əfsanələr və dastanlar ayrı bir önəmə malikdir. Dastanlarda yer alan ağac, işıq, qurd vs. kimi motivlər dastanların kilid nöqtələrini oluşdururlar. Bu motivlərdən qurd motivi, Türklərin yaradılışı və soylarının davamını sağlamasıyla ilgili anladılan əfsanələrin varlığı səbəbindən ayrı bir önəmə malikdir.

  Çin qaynaqlarına görə qurddan türəyiş əfsanələrindən ilki haqqında bu hekayə rəvayət edilir:

Vu-sunların batı sınırında kiçik bir dövlət varmış. Hun hökmdarı vu-sun kralına hücum etmiş və Kun-mo-nun atası olan bu kralı öldürmüş. Kun-mo da o sıralar çox kiçikmiş. Hun hökmdarı ona qıya bilməmiş, onu sağ buraxmış. Uşağın ətrafında bir dişi qurd gəzməyə başlamış. Qurd uşağı əmizdirdikdən sonra oradan uzaqlaşmış. Bütün olan bitəni görən Hun hökmdarı uşağın qutsal bir bala olduğunu anlamış və uşağı böyüdüb vu-sun kralı etmiş. Orta Asiyadakı ilk qurd əfsanəsi bu şəkildə ortaya çıxmışdır.

  Türk qəbilələrinə ümumi ad olaraq Kao-çi adını verən Çinlilər. Kao-çi-lərin yəni Türklərin qurddan törədikləriylə ilgili anlatdıqları bir başqa əfsanəyə görə, Kao-çi xaqanının iki qızından kiçiyi qurd ilə evlənər. Bu səbəbdən Kao-çi xalqı bu qurdla qızın uşaqlarından törəmişdir.

Göktürklərin öz soylarına aid inanışlarıyla, dövlət qurmadan öncəki tarixlərini işıqlandırıcı xüsusiyyətlər daşıyan iki dastan vardır. Biri "Boz  qurd", digəri "Ərgənəqon" dastanıdır. Bozqurd dastanının əsası, yox olma fəlakətinə uğrayan Göktürk soyunun yenidən dirilib çoxalmasında bir boz qurdun ana qurd olaraq vəzifə görməsidir. Türklər Ərgənəqondan çıxdıqları vaxt Göktürklərin padşahı, qağan soyundan Börtə çenə idi. Börtə çenə, Moğolcada "boz qurd" deməkdir. Beləliklə qurd səmbolu və ana qurd aradan keçən zamanın uzunluğuna baxmayaraq unudulmamışdır.

 Göktürk çağında qurd bir totemdən çox qutsal bir səmbol halını almışdı. Göktürklərin öz bayraqlarının başına bir qurd heykəli qoymalarının səbəbi də bu idi. Qurd başlı bayraqlar, Göktürk dövlətinin yıxılışından sonra da unudulmamış və çin imperatorluqları, məsələn Türgeşlər kimi Türk qövmlərinə qağanlıq ünvanları verəcəkləri zaman qurd başlı bir bayraqla bir baraban verməyi də unutmamışlar idi. Yakut nağıllarında isə qutsal ruhların 9 oğullarının hamısı da qurda bənzədilirdi .

  Gök-Börü, yəni "Göy-qurd" böyük hökmdarların qüdrətini göstərmək üçün istifadə edilən bir sifət idi. Məsələn Manas Dastanında Qırğızların orta Yüz rəisi Kökçönün oğulu ilə Manas xanın oğullarına, danışma əsnasında həmişə "ökök-Börü sultanım" deyilərdi. Manasın arvadı Kanıkey Xatun da bir gecə yatarkən çox gözəl bir yuxu görmüşdü. Yuxusunun yozumu üçün belə demişlər idi: "Kök yal töböt börü" yəni "bu uşaq göy yeləli qorxunc bir qurd" kimi olacaq. Göy yeləli qurd motivi Oğuz Qağan Dastanında Oğuz Qağana yol göstərən qutsal bir öndər olaraq keçməkdədir: "

gün doğularkən Oğuz Qağanın çadırına günəş kimi bir işıq girdi. O işıqdan göy tüklü, göy yeləli bir erkək qurd çıxdı. O qurd Oğuz qağana: "Ey Oğuz! Sən Urum üzərinə yürüş diləyindəsən. Mən sənin xidmətində yürümək istəyirəm." dedi. Oğuz qağan və Ordusu Göy yeləli qurdu izlədilər". Oğuz qağan dastanındakı bu ifadələrdən də anlaşılacağı üzrə qurd Türklər tərəfindən bir öndər, yol göstərici olaraq qəbul edilmişdir.

Qırğızlarda cins, gözəl və cəsur atlara da kök-Börü, yəni "göy-Qurd" adları verilirdi. Yenə Qırğız ədəbiyyatında Manas Xan təsvir edilərkən, "Börü köstü ku murut" yəni "Qurd gözlü, qır bığlı" Manasın oxları üçün də, "Börü tildi çal yiba", yəni "qurd dilli qır ox" deyilirdi.

Bahaəddin Ögelə görə, Altay dağlarında "Qurd Dağı" adını daşıyan bir çox zirvə vardır. Attillanın üzünü də qurda bənzədənlər vardı. Altayların doğusunda yaşayan Bersit qəbiləsi də özlərinin qurddan törədiklərinə inanarlar və bunun gerçək olduğunu da iddia edərdilər.

Çingiznamə dastanında Alanqonun, Duyın Bayanın ölümündən sonra səmavi qurdla cütləşib Çingizi doğurması, qurd motivinin və qurddan törəmə anlayışının bir təzahürü olaraq yorumlanmalıdır. çingiznamənin Başqırd rəvayəti olan nüsxədə də "Başqırd qəbilələrini təşkil edən Yurmatı, Qıpçaq, Qanqlı, Qıtay, Tamğan kimi müxtəlif boylara tamğa, ağac, quş, uran (döyüş parolu) verən bu Göy Börü oğulu Çingiz Xandır." şəklində bir ifadə keçməkdədir. Anadoludakı xalq inanclarında da ulu şəxslərin qurd donuna girə bildiyini göstərən örnəklər vardır. Ayrıca dastanlardakı "Qurd Ana" və "Qurd Ata" anlayışlarını don dəyişdirmə ilə izah edən çalışmalar da vardır.

  Dastanlar, əfsanələr və nağıllardan başqa, Türk tarixi və ədəbiyyatı üçün vaz keçilməz qaynaqlar olan Orxun abidələri, Dədə Qorqud Hekayələri və Qutadğu Biligdə də qurd motivinin keçməsi, qurdun Türk tarixinə və ədəbiyyatına nə dərəcə nüfuz etdiyini göstərir. Orxun abidələrində qağanın əsgərlərinin qurd kimi, düşmənlərinin qoyun kimi olduğu deyilər. Dədə Qorqud hekayələrində qurd, Salur Qazanın evinin yağmalandığı hekayədə keçir. Qazan, hekayədə qurd ilə danışar və qurd üçün işlətdiyi "Qurd üzü mübarəkdir" cümləsi qurdun Türklər arasındakı dəyərini ifadə edər. Ayrıca danışmanın sonunda işlədilən "qarabaşım qurban olsun, qurdum sənə"  cümləsi və Qutadğu Bilig de yer alan "quşlar belə Göy qurdu keçə bilməz! Havada uçan qartal sürüləri, səni seçə bilməzlər, ey Gök Böri!"  kimi ifadələr türəyiş əfsanələrindən bəri sürən, qurdu qutsallaşan bir varlıq olaraq görən bir halqanın davamıdır.

 

Aradan keçən əsrlərə baxmayaraq qurd motivi itməmiş, şəkil dəyişdirərək dastanlardan və əfsanələrdən, romanlara, hekayələrə sıçramışdır. Bildiridə ələ alınacaq əsas mövzu qurddan "manqurdlaşma"ya gedən sürəcdəki  səmbollar və imajlardır. "manqurd" və "manqurdlaşma" anlayışları nədir? İlk nə şəkildə ortaya atılmışdır? Bu sorğulara cavab tapmaq lazımdır.

manqurdluq haqqında ilk bilgilərə Manas Dastanında rast gəlinir. Orada uşaq Manasın dəcəlliyi və dözülməz gücündən qorxan Qalmaqların, onu manqurd edək deyib söz bağladıqları belə dastanlaşmışdı:


Balanı tutub alaq

Başına şirə taxaq

Evə aparıb əzab verək

Altı boy Qalmağın

Ayaq Başını yığaq


 Çingiz Aytmatov əsərlərini bir zərgər, bir heykeltəraş kimi dəzgahında fövqəladə vasvasılıqla işləmişdir. Bu dəzgahdan çıxan ən nadir ləl-cəvahirat bəlkə də "Gün Olar Əsrə bərabər" ya da digər adıyla "Gün Uzanar Əsr Olar" romanıdır. Söz mövzusu romanda Aytmatov bir hekayə söyləyir:

  Sarı özəki işğal edən düşmənlər tutsaqlara qorxunc işgəncələr edərlərmiş. İnsanın yaddaşını itirməsinə, dəli olmasına gətirib çıxaran bir işgəncə üsulları varmış. öncə əsirin başını qazar, saçları tək-tək kökündən çıxararlarmış. Bunu edərkən usta bir qəssab orada bir dəvəni yatırdıb kəsər, dərisini üzərmiş. Sonra bu dərini parçalara ayırar, təzə-təzə əsirin qan içində olan qazılmış başına sıx keçirdirmişlər. Belə bir işgəncəyə məruz qalan tutsaq ya ağrılar içində qıvrılaraq ölər, ya da yaddaşını tamamilə itirən,ölənə qədər keçmişini xatırlamayan bir "manqurd", yəni keçmişini bilməyən bir kölə olarmış. Bundan sonra dəri keçirilən tutsağın boyuna başını yerə sürtməsin deyə bir kötük ya da taxta bağlar, ürək parçalayan qışqırıqları eşidilməsin deyə uzaq, ucqar bir yerə apararlar, əlləri ayaqları bağlı, aç susuz günəşin altında eləcə bir neçə gün buraxarlarmış. Sarı-özəkin qızğın günəşinə "manqurd" olmaları üçün buraxılan tutsaqların çoxu ölər, beş-altı adamdan ancaq bir ya da ikisi sağ qalarmış. Onları öldürən aclıq ya da susuzluq deyil, başlarına keçirilən soyumamış dəvə dərisinin günəşdə quruyub büzülməsi, başlarını məngənə kimi sıxıb dözülməz ağrılar verməsiymiş. Bu dözülməz ağrılar sonunda tutsaq ya ölər, ya da ağılını, yaddaşını itirərmiş. Bir "manqurd" kim olduğunu, hansı soydan, hansı qəbilədən gəldiyini, anasını atasını bilməzmiş. İnsan olduğunun belə fərqində deyilmiş.

 Romanda anası Nayman Ananı tanımayıb, onu öldürən "manqurd" oğul Colaman işdə bu itən dəyərlərin ən önəmli təmsilçisidir.

Romanın bir bölümündə anladılan bu hekayə adicə anladılmış bir hekayə deyil. Aytmatov anladılarının kilid nöqtəsini təşkil edən "manqurd" tipi bu hekayə ilə duyulmuş sonra bir səmbol olaraq bir çox əsərdə özünə kimliksiz təmsilçilər tapmışdır. "manqurd" olmaq üçün dəvə dərisi şərt deyil. Keçmişinə, mədəniyyətinə,öz köklərinə yabancılaşan digər bir deyişlə özgələşən fərdlər Aytmatov və digər Türk yazıçılarının izahlarıda bircə "manqurd" olub çıxmışlar.

  Kuz Başındakı Ovçunun Qışqırığı kitabının "Əsrlərin Kölgəsindəki Suç" adlı bölümündə, Muxtar Şahanovun sorğusuna Aytmatovun verdiyi cavab "manqurdlaşdırma"nın bilincli icra edilən ideolojik bir kölələşdirmə projəsi  olduğunu göstərir. "Totaliter sistem zamanında bütün topluma, onun içində sənin də mənim də, hamımızın ağılına, fikirinə, anlayışına ideolojik şirə qoyuldu. Bu, bir rejimə koru-koruna bağlayıb, qandanllamaq amacıyla edilmişdi." Zamanının trajedilərinə şahid olan Aytmatov bu ideolojik yabancılaşdırma, yox etmə siyasətinə atası Töröqul Aytmatovu qurban vermiş. Bu durumun ruhi dünyasında açdığı dərin yaranı yüngülləşdirmək və "manqurdlaşdırma"nın qabağına keçmək üçün əsərləri aracılığıyla insanları dərin yuxularından oyandırmağa çalışmışdır. Təslimiyyətçiliyə, kimlik itkisinə, şüursuzca keçmişə,  adət- ənənələrəözgələşməyə qarşı çıxan Aytmatov, bunda müvəffəqiyyətli olmaqla qalmamış evrənsəlliyi də tutmuşdur. Boris Şusteffin 1999-cu ildə qələmə aldığı "Yəhudi manqurdlar" adlı məqaləsi bunun ən yaxşı göstəricisidir. Ramazan Qorxmazın bu təsbiti də "manqurdlaşma" məsələsini ən yaxşı açıqlayan görüşlərdən biridir:

Denəyimsəl yaddaşın korlandığı ictimai ortamlarda fərd ontolojik təhlükəsizlik referanslarını  itirdiyindənözünü izolə narahat bir şəkildə duyumsar və ideolojilər üçün istismara açıq bir sahə meydana gətirər. Daim totaliter və şiddət elementləri ehtiva edən ideolojilər bu izolə və etibarsız fərdlərəöz doğulmalarını qısa bir zamanda enjekte edərək,özünə vərk inanclı "manqurd" həvarilər qazanmış olar. Andrey Kriltsov, Tansıkbayev, Sabitcan, Bazarbey, Abakir, Orozkul, Ordok vs. kəslər bu tərzdəözünü korlayan gücün kimliyinə çevrilmiş tiplərdir.

Aytmatov, özü ilə aparılan bir reportajda, "manqurd" tipinin Sovetlər Birliyi və Qırğız mədəniyyəti içindəki keçmişdəki və bu günki durumuna toxunar:

Bildiyiniz kimi bu "manqurd" əfsanəsini bir romanımda anlatdım; amma bir laf olsun deyə deyil, bu günkü siyasi həyatla uyğunlaşdıraraq… Əskidən əslini unutmuş, robotlaşdırılmış insanlara "manqurd" deyilərdi. Bu gün də eyni şəkildə duyğusuzlaşdırılmış kökündən qoparılmış, nəyi nə üçün etdiyini bilməyən və özünə verilən əmrləri heç düşünmədən tətbiq edən insanlar da bir çeşid "manqurd"dur. Türk Cümhuriyyətlərind' hələ "manqurdların" olub olmadığına gəlincə: vardır şübhəsiz. Amma nə qədər olduqlarını kəsdirmək çox asan deyil.

Yazıçının söylədiyi kimi "manqurd" əfsanəsi laf olsun deyə söylənməmışdir. "manqurdlaşma", sistemin robot fərdlər yetişdirmə projəsinin əsəridir. Bu fərdlər keçmişinə, mədəni dəyərlərinə özgə, azadlıqları əllərindən alınmış, düşünmə bacarıqlarından məhrum buraxılmış yazıqlardır. Aytmatov, "Dişi Qurdun Yuxuları" adlı əsərində, bu ideolojik kölələşdirmə faktına tənqid oxlarını yِnəldir. Romanın qəhrəmanı Abdias kilsənin "manqurd" fərdlər yetişdirən doqmatikçi anlayışına qarşı çıxmış, bunun üzərinə kilsədən qovulmuşdur. Abdias, mübarizəsini bu kəz də gəncləri zəhərləyən xaşxaş qaçaqçıları üçün sürdürür. Ancaq yaddaşı kökündən qazmağı amaclayan  sistem bu kəz də bu gəncləri hədəf almış bir  "manqurd" olma yolunda onları miqnatis kimi özünə çəkmişdir. Abdias korlanan sistemə tək başına etiraz etməyə çalışsa da, Grişan liderliyində "manqurdlaşan" gənclərinözünü qatardan atmasına əngəl ola bilməmişdir. Bu kəz də özünü rəis və qrupunun içində tapan Abdias, Sayqa sürülərini Mujunqum çölündə qətl edən "manqurdlaşan" ideolojiyə qarşı döyüş açsa da kütlələr halında "manqurdlaşan" insanlara doğrunu aşılamaya çalışan İsa kimi çarmıxa gərilməkdən qurtula bilməz.

Aytmatovun öz otobiyografisini yazdığı Haqqımda Notlar kitabından,özgələşmə, dəyərlərə yabancılaşma və manqurdlaşmaya sədd çəkmək üçün əsərlərini yazdığı, bu cümlələrdən aydın olur:

Yeddi gِöbəkdən gəlməsini bilmək bizim kənddə hər kəsin vəzifəsidir. Yaşlılar kiçik uşaqlara ciddi- ciddi soruşardılar. Bura gəl baxaq igid, hansı soydasan atanın atası kimdir? Və onun atası necə bir adam idi? Və əgər uşaq öz keçmişini bilmirsə, o uşağın anası atası danlanıyardı. Nə biçim ata bu, taysız-tuşsuz, qohumsuz deyərdilər. Nə üçün bu qədər qeydsiz? İnsan keçmişini bilmədən necə böyüyə bilər? Burada önəmli olan nəsillərin və cəmiyyət içində ortaq əxlaqi sorumluluqların davamını təmin etmək idi.

 "manqurdlaşma"ya gedən yoxoluş sürəcini izah etmədə öndər Aytmatovdur; ancaq digər Türk cümhuriyyətləri yazıçılarının bir çoxu da bu ideolojik yaddaş silmə, yeni ideolojiləri diktə etmə sürecinə, dövrün şərtləri üzündən ancaq dolaylı yollardan əsərlərində cavab vermişlər. Bu yazıçılardan biri də Qazaq çölünün bilge yazıçısı Muxtar Əvəzovdur. Əvəzovun "Kökserek" hekayəsində "manqurdlaşma"ya gedən yolda, qurd ilə it arasındakı incə körpü, "manqurd" tipinin və ideolojik kimlik silmə sürəcinin necə işlədildiyinin ən açıq göstəricisi olsa lazımdır. Qurd motivi aradan keçən əsrlərə baxmayaraq hələ diri bir şəkildə əsərlərdə yaşadılmaqdadır. Qurdun keçmişdə yükləndiyi vizion zamanla dəyişmiş qutsalliq yerini, sayğıya buraxmışdır.

"Kökserek" hekayəsində insanlarla qurdların özəlliklə də Kökserekin mübarizəsi qonu edilir: "İnsanlar bir qurd inini basaraq yeddi balanın altısınıöldürər və bala bir qurdu yanlarına alaraq kəndlərinə dِnərlər. Qurmaş adlı uşaq balaya Kökserek adını verərək onu yiyələnər. Bala qurdu əhliləşdirməyə çalışarlar. Kökserek böyüyər və yeləli erkək bir qurd olar. Bir it kimi yaşadılmağa çalışılan Kökserek, aradan keçən buca ilə baxmayaraq əslini unutmamış və bir gün qəflətən ortadan itərək azadlığına qovuşmuşdur. Qorxusuz və ağıllı bir heyvan olan Kökserek zamanla əfsanələşmiş qoyun, dəvə, at başda olmaq üzrə insanlara ağır itkilər vermişdir. Hətta bir gün çoban bir uşağa hücum etmiş onu parçalayaraq öldürmüşdür. Bu uşaq,özünü bala bir qurd ikən alıb böyüdən Qurmaşdan başqası deyil. Bir it kimi böyüdülməyə çalışılan digər bir deyişlə, qurd olduğu, əsli unutdurulmağa çalışılan, eyni məzmunda düşünülsə Türk xalqları kimi "manqurdlaşdırılma"ya çalışılan Köksereközünə dönmüş, boyuna keçirilən əsarət ipini parçalayaraq sanki qurdun əhliləşdirə bilməycəyi mesajını vermişdir.

Eyni paralellikdə dəyərləndirilə biləcək bir başqa hekayə də Qırğız yazıçı Tölögön Qasımbəkovun "Bozqurd" hekayəsidir. Hekayədə, qurd inindən Bozqurdun dörd kiçik balasını qaçıran adamla balalarını qurtarmağa çalışan Bozqurd arasındakı mübarizə qonu edilər. çuvala qoyduğu balaları evinə aparan adam onları bir it kimi yetişdirmək istər. Hekayədə keçən adamın öz daxili dünyasıyla danışması çox mənalıdır:

-Nə edəcəksən bunları? deyə soruşdu balalara ağrıyan kِnülündən gələn bir səs.

‘Onları itə çevirəcəyəm' deyə cavab verdi başqa, soyuq bir səs.

 ‘Qurd heç bir zaman it ola bilməz amma' deyə cavab verdi kِnül səsi.

 Soyuq səs bir qəhqəhə partladıb:

 -‘Burada yaşayacaqlar, masamın artıqlarıyla bəslənəcəklər; analarının, südüylə verdiyi qurdluq duyğusunu itirəcəklər. Beləcə itə çevriləcəklər'.

üç balası öldürülən tək balasını qurtarmaq üçün kəndə girən bozqurd tələyə düşüb tutular. Canlı-canlı dərisi üzülən Bozqurd edilən bu işgəncəyə gözünü belə qırpmaz. Əsalət simgəsi qurdun bu duruşu qarşısında adamın ağızından bu cümlələr tökülər: "Buna bax! Səsini belə çıxartmır niyə görəsən? Bu ağrıya necə dözür. İndi bunun yerində bir it olsaydı fəryadı çoxdan basmışdı." Adam Bozqurdun gözlərində bir yaş damlası görə bilmək ümidiylə var gücüylə soyar dərini. Bozqurd isə, məğrurluğundan ödün verməz, hər zamanki qürurlu görünüşünü dəyişdirməz. Artıq yaxşıca ortaya çıxan iç orqanları çalışar, sanki onun hələ canlı olduğunu simgələr.

"manqurdlaşma" sürəcində qurdun itləşdirilmək istənməsiylə Aytmatov izahlarında rast gəlinən yaddaşın silinmək istənməsi eyni sistemin ürünüdür. İt əsarətin, qurd isə azadlığın səmboludur. İtin önünə nə versəniz yeyər, sahibinin sözündən çıxmaz. Oysa qurd elədirmi? öz yeməyini özü tapar, təbiətin-doğanın sunduqlarıyla kifayətlənməz. Yuxarıda bəhs edilən hekayələrdə də olduğu kimi tarixin hər dِnəmində Türk uluslarını  boyunduruq altına almağa çalışan, Türklərin boyunlarına əsarət ipini keçirməyə çalışan ideolojik bir sıra dövlətlər olmuşdur. Ancaq əslinə, keçmişinə, ənənə və adətlərinə sıxı-sıxıya bağlı Türk ulusları bu manqurdlaşdırma sürəcinə qarşı "Bozqurd" kimi "Kökserek" kimi dimdik ayaqda dayanmışdır.

  Kaşğarlı Mahmud, Divanı Lüğat'it Türk adlı əsərinin girişində deyər ki: "Tanrı Dövlət günəşini Türklərin bürcündə yaratdı. Fələyi onların mülkünə uyğunlaşdırıb çevirər. Onları Türk deyə adlandırdı, dünya mülkünün sahibi etdi".

Yazan:Samet azap

Köçürən: Abbas elçin


Qaynaqlar:

  1. AVEZOV, M. (1997). Hikâyeler. (çev. Zeyneş İsmail-Ahmet Güngör). Ankara: Bilig Yayınları
  2.  AYTMATOV, C. (1990). Dişi Kurdun Rüyaları. (Tercüme Refik Özdek). Ankara: Ötüken Neşriyat.
  3.  AYTMATOV, C. (1991). Gün Olur Asra Bedel. (çev. Refik Özdek). İstanbul: Ötüken Yayınevi
  4.  AYTMATOV, C. ve MUHTAR, Ş. (2000). Kuz Başındaki Avcının Çığlığı. Ankara: Kitap Yurdu.
  5.  BANARLI, N. S. (1987). Resimli Türk Edebiyatı Tarihi I. İstanbul: Milli Eğitim Basımevi.
  6.  ERGİN, M. (2004). Dede Korkut Kitabı I. Ankara: TDK Yayınları.
  7.  ERGİN, M. (2005). Orhun Abideleri. İstanbul: Boğaziçi Yayınları.
  8.  İNAN, A. (1998). Makaleler ve İncelemeler I. cilt Ankara: TTK Yayınları.
  9.  KALAFAT, Y. (2009) Türk Halk Tefekküründe Kurt II. Ankara: Berikan Elektronik Basım Yayım.
  10.  KOLCU, A. İ. (2008). Cengiz Aytmatov Üzerine Yazılar. Erzurum: Salkım Söğüt Yayınları.
  11.  KORKMAZ, R. (2008). Ötekileşme Sorunu ve Eve Dönüş İzlekleri. Ankara: Grafiker Yayınları.
  12.  ÖGEL, B. (2003). Türk Mitolojisi I. Ankara: TTK yayınları.
  13.  ÖGEL, B. (2006). Türk Mitolojisi II. Ankara: TTK yayınları.
  14.  SÖYLEMEZ, O. (2002). Cengiz Aytmatov Hayatı ve Eserleri Üzerine İncelemeler. Ankara: Karam Yayınları.
  15.  SÖYLEMEZ, O. ve AŞLAR, H. (2009). Kırgız Hikâyeleri Antolojisi. Erzurum: Salkımsöğüt Yayınevi.
  16.  ŞİŞMAN, B. (2009). Cengiznâme Hazâ Kıssa-i Çingiz Hân. Samsun: Etüt Yayınları.

آچار سؤزلر : تورک دونیاسی, قورد,