ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

Türklərdə cümhuriyyət fikri

+0 بگندیم

səs fayili endir

Türklərdə cümhuriyyət fikri

">Türklər tarixləri boyunca çox geniş coğrafiyalara dağılmışlar, oralarda dövlətlər qurmuşlar və varlıqlarını tarixin dərinliklərindən bu yana kəsintisiz sürdürmüşlər. Onlar, millət olaraq bir yerdə çeşidli səbəblərlə yaşama imkanını itirdiklərində, başqa bir yerdə əskisinə görə daha güclü dövlətlər quraraq, dünya tarixindəki yerlərini almışdılar. İşdə Türklərin bir-biri arxası sıra, bəzən bir öncəkindən daha böyük və daha gəlişmiş dövlət qurmalarının sonsuz və böyük bir yaşama potensialına dayandığı bilim çevrələrincə qəbul edilməkdədir. Hətta onlar dövlətlərinin yox olma təhlükəsiylə qarşı-qarşıya gəldikləri zamanlarda, yenidən yığışaraq, bütün çətinliklərdən qurtulmağı bacara bilmişlər və varlıqlarını davam etdirə bilmişlər.

Türk milləti belə bir səyin son örnəyini milli mübarizə illərində, göstərmiş, bütün mənfi şərtlərə baxmayaraq, istiqlal savaşı sonucunda Anadolunu düşmənlərin işğalından qurtarmağa müvəffəq olmuşdur. Bunun sonucunda Atatürkün öndərliyində yönətim şəkli cümhuriyyət olan Türk dövləti qurulmuşdur. Türk dövlətində yönətim şəkli olaraq təyin olunan cümhuriyyəti, "Hakimiyyət qeydsiz şərtsiz millətindir. Xalq öz yönəticilərini  öz içindən seçər" cümlələriylə ifadə etmək mümkündür.  Yuxarıdakı cümlələri bir az daha açdığımızda bir yönətim şəkli olaraq cümhuriyyət rejimində millətin hakimiyyəti söz qonusudur. Millət öz yönəticilərini içərisindən təyin etmək və seçmək səlahiyyətinə malikdir. Yönəten ve yönətilənlər baxımından toplumda bir sinif fərqi yoxdur. Qısacası, cümhuriyyət dövlət yönətim şəkli olaraq xalqın yönəticilərini öz içindən seçdiyi, qanunlar qarşısında bütün vətəndaşların eşid olduğu bir idarə şəklidir.

Şübhəsiz əski  Türk dövlətlərində bu şəkildə bir cümhuriyyətdən söz edilə bilməz. Lakin cümhuriyyət idarə şəkilləriylə Türk dövlət idarə şəkilləri arasında bəzi baxımlardan çaşdırıcı bənzərliklər görünməkdədir. Bunlara misal olaraq qüvvətlər birliyi və məclislər göstərilə bilər.

Türkiyə cümhuriyyəti dövlətində, cümhuriyyətin bir idarə şəkli olaraq mənimsənməsində, əski Türk dövlət yönətim şəkillərinin nə dərəcə etkili olduğunu təyin edə bilmək üçün o dövlətlərin necə yönətildiklərini  bilmək gərəkməkdədir. Bu düşüncədən hərəkətlə bir-birindən fərqli coğrafiyalarda müxtəlif dövlətlər qurmağa müvəffəq olan Türklərin dövlət idarələrini ən əskidən yeniyə doğru kronoloji olaraq ələ aldığımızda, Asiya Hunlarından başlamamız lazımdır. Hunlarda Mo-tun (M. Ö 209- 174) dönəmindən bəri dövlət işləri və dini törənlərlə ilgili olaraq üç ayrı yığıncaqdan bəhs edilməkdədir. Bu yığıncaqlardan daha çox dini mahiyyətdə olanı ilin ilk ayında, ikincisi yazda üçüncüsü isə payızda keçirilmədə idi.

Bu yığıncaqlar arasında yazda keçiriləni digər yığıncaqlardan daha önəmli idi. Bu yığıncaqda göy, yer, atalar və digər təbiət güclərinə qurbanlar sunulmaqdaydı. Adı çəkilən yığıncaqda bütün məsələlər görüşülərək, qərara bağlanardı. Bu böyük yığıncağa hökumət üzvləri, əsgəri və vətəndaş bütün görəvli başçılar, özlərinə bağlı digər Hun boylarının təmsilçiləri qatılmaq məcburiyyətində idi.  Dövlət yönətimində mövqelər, səmbollar və ünvanlar bu məclisdə verilməkdə idi. Hökmdar seçkiləri də burada keçirilməkdə idi.  İş başına gətirilən Xaqan milləti təmsil etməkdə idi. O, öz millətlərini yeyib udan hökmdarların əksinə, idarə etdiyi insanların yeməyini təmin etməkdə idi. xaqan başqa millətlərdən fərqli olaraq öz insanını bəsləməkdə, geydirməkdə və cibxərcliyini verməkdə idi.  Onun bütün xidmətləri öz insanı üçün idi. O toplum üçün vəzifə yerinə yetirməkdə idi.

Hun dövlətindəki məclis daşıdığı böyük əhəmiyyət, quruluş tərzi və idarı fonksiyonundan ötəri bir çox araşdırıcı tərəfindən "Dövlət Məclisi" və ya "Millət Məclisi" olaraq ifadə edilmişdir.  Toplumun  bütün  kəsimlərindən təmsilçilərin yığıncağa qatılmaları, dövlət məclisləri və seçkidə söz sahibi olmaları araşdırıcıları bu düşüncəyə sövq etmişdir.

Hun dövlətinin gələcəyini maraqlandıran bütün önəmli qərarlar məclisdə alınmışdır. Məsələn, miladdan öncə 55 ilində Hun məclisində olanların cəsarətə heyranlıq duyduqları, əsarəti üz qızardan bildikləri ifadə edildikdən sonra, at üzərində döyüş və mübarizəylə qurulmuş olan dövlətin varlığını davam etdirmək üçün ölənə qədər yaxşıca döyüşəcək əsgərlərinin olduğu irəli sürülməkdədir.  Bu qərar məclisdə alınmışdır. Ayrıca Türklərdə istiqlal fikirinin nə qədər əski olduğunu göstərməsi baxımından da önəm daşımaqdadır. Şübhəsiz, Türklərdə çox əski zamanlardan bu yana mövcud olan istiqlal anlayışının da onlarda cümhuriyyət fikirinin gəlişməsində etkisi çox olmuşdur.

Hunlar öncə də ifadə etdiyimiz üzrə dövlətin gələcəyini maraqlandıran bütün önəmli qərarları məclisdə almışlar. Dövləti və toplumu doğrudan ilgiləndirən bütün məsələlər qurultaylarda görüşülmüşdür. Qurultaylarda toplanış məqsədləri əsas alındığında müxtəliflik göstərməkdədir. Bunları döyüş, barış, köç, üsyan, elçilər və mühakiməylə əlaqədar qurultaylar olaraq təyin edə bilərik.

Göktürklərdə də Hunlardakı kimi yığıncaqlar keçirilməkdə idi. Göktürklərin keçirmiş olduğu böyük yığıncaq da, Hunlardakı kimi 5. ayda, yəni May ayında bir Bahar bayramı şəklində keçirilirdi. Göktürk qağanı və dövlətin digər irəli gələnləri hər ilin 5. ayında, yəni May ayında toplanırdılar və bu mərasimə xalq da qatılırdı.

O biri Türk dövlətlərində də bənzər məclislər vardı. Atila zamanında 448 ilində Bizans elçi heyətinə daxil olaraq Hun paytaxtına gedən tarixçi Priskos, Bizans təkliflərini müzakirə edən bir Hun "Seçkinlər Məclisi"ndən bəhs etməkdədir. Ayrıca, Tabğac dövlətində belə bir məclis, (Dövlət və Nazirlər Məclisi), Xəzər Xaqanlığında bir "Qocalar Məclisi" mövcud idi. Peçeneklərdə mühüm qərarlar məclisdə alınmaqda idi.

Uyğurlarda da qurultaylar toplanmaqda idi. Məsələn, 983-985 illərində Turfana gəlmiş olan məşhur Çinli elçi və səyyah vang Yente-nin gəzinti raporunda Uyğur dövlət - xalq yığıncağı çeşidli yönləriylə anladılmışdır. Buradan Uyğurlarda tam bir demokratik idarənin olduğu və ictimai ədalətin tam olaraq qurulduğu anlaşılmaqdadır. Hətta Uyğur toplumunda hər kəsin çalışdığı və çalışmayanlara da dövlətin kömək etdiyi səyyah tərəfindən ifadə edilməkdədir.

Oğuzlarda da ortaq sorumluluq anlayışının hakim olduğu bir çeşid demokratik özəllikləri daşıyan anlayış vardı. Oğuzlar dövlət məsələlərini "Kengeş" adını verdikləri bir çeşid qurultayda görüşərək, qərara bağlamaqda idilər.  Məsələn Oğuzlar, Bolqar Türk dövlətinə getmək üçün yola çıxan Xəlifənin elçilik heyətinə ölkələrindən keçiş icazəsni verib verməmə qonusunda toplanmışlar. Bu qonuda müzakirələr bir həftə sürmüş və nəticədə heyətin yoluna davam etməsinə qərar vermişlər.

Bu hadisə dövlət idarə yetkisinin hökmdar daxil, heç kimin tək başına əlində toplanmamış olduğunu göstərməkdədir. "Ortaq Sorumluluq Sistemi" bütün dövlət quruluşuna hakimdir. Oğuzların demokratik əsaslara görə idarə edildiyini göstərən bu anlayışın, siyasi həyat sahəsi içində qalmadığı, toplum həyatını da içinə aldığı, qurultayda oybirliyi ilə alınan qərarların bəzən ən sadə bir Oğuz vətəndaşı tərəfindən belə pozula bilməsinin mümkün olmasından anlaşılmaqdadır.


Oğuzlar eyni zamanda, adəta sinifsiz bir toplum quruluşuna sahib idi. Sərvət və mövqe toplumda sinif fərqi yaratmırdı. Ayrıca, soydan gələn əsillilikdən də heç söz edilməməkdədir.  Daha əski tarixlərdə də Türk topluluqları arasında sinif ayrılığı və sinif mübarizəsi olmamaqda idi. Onlardan sinif fərqinin olmaması həyat tərzləriylə yaxından əlaqəli idi. Hər hansı bir toplu­luqda yüksək təbəqələrin meydana gəlməsində önəmli rol oynayan, geniş əraziyə sahib olmaq, əsgərliyi peşə  etmək və ruhani zümrəyə mənsub olunmaq kimi iqtisadi, siyasi və dini yöndən mövqe sahibi edəcək özəlliklər Türk toplumun­da yer almamaqda idi. Bunların üçü də əski Türk toplumunda gəlişmə şansı tapa bilməmişdir. Başlanğıcda əkinçiliyin ümumi iqtisadi fəaliyyətdə ancaq çox az bir yer tutduğu əski Türk toplumunda torpaq köləliyi yox idi. Əsgərliyin əski Türklər arasında önəmli bir yeri vardı. Türk toplumunun ictimai karakteri zərurəti hər Türk eyni zamanda yaxşı döyüş tərbiyəsi almış və döyüşə hər an hazır du­rumdaydı. Əsgərlik toplumda ayrı bir peşə olaraq görülməməkdə idi. əski Türk toplumunda din adamları da imtiyazlı bir sinif meydana gətirməməkdə idi.  Türk toplum quruluşuna görə, qabiliyyət, zəka, iradə, cəsarət kimi xüsusiyyətlərə sahib olan bir kimsə ən yüksək mövqelərə çıxa bilməkdə idi. Bunun üçün heç bir əngəl olmamaqda idi. Dinamizm və hərəkətlilik Türk toplum anlayışının özünü təşkil etməkdə idi.


Demokrasinin təməlini təşkil edən seçki Səlcuqlularda vardı. Buna misal olaraq qəznəlilər dövlətinə qarşı 1040-cı ildə qazanılan Dandanakan Meydan savaşındən sonra toplanan Qurultayda, Tuğrul Bəyin yeni qurulan Səlcuqlu dövlətinin hökmdarlığına seçilməsi göstərilə bilər.  Səlçuqlular, Türk dövlət anlayışının nemətlərindən hakimiyyətləri altındakı bütün xalqı faydalandırdıqları kimi, kəskin  siniflər  sisteminə görə işlənən toplumu də bu günki deyimi ilə demokratlaşdırmağa çalışmışlar. Bu dövlətin quruluşu sırasında məmurluqlara toplumun ən alt təbəqələrindən işçilər almaq  surətiylə göstərməklə qalmamışlar, xüsusilə izlədikləri kültür siyasetiy­le toplumdaki köklü dəyişikliklər etmişlər.

Anadolu Səlcuqlularında da çox vaxt məclislər toplanaraq, dövlətin gələcəyini maraqlandıran önəmli qərarlar bu məclislərdə alınmışdır. Bir misal verəcək olsaq, İzzəddin Keykavus dövlət məsələlərini və hətta özəl məsələlərini daim yığdığı danışma  məclisində həll etməyə çalışmışdır. Bu məclisdə məsələlər hərtərəfli müzakirə edildikdən sonra, həllə qovuşdurulmağa çalışılmışdır.

əski Türk dövlət anlayışının izləri Osmanlı dövlətinin quruluşu əsnasında də görülməkdədir. Qayı boyundan Ərtoğrul oğulu Osman Qazini Uç bəylərinin bir araya gələrək, qurultayda Oğuz törəsi gərəyincə dövlətin başına keçirdikləri ifadə edilməkdədir. Buradan Osmanlı Dövlətinin quruluşu sırasında Türk bəylərinin iştirakıyla toplanan məclisdə, vəziyyət müşavirə edildikdən sonra Osman Beyin dövlətin başına gətirilməsinə qərar verildiyi və bir cür demokratik üsullarla, yəni seçki yoluyla dövlətin başına gətirildiyi anlaşılmaqdadır. Bu şəkildə bəylərin qurultayda qərar alaraq Osman Bəyi dövlətin başına keçirmələri əski Türk dövlət anlayışının bir davamı olaraq qəbul edilməlidir. Osmanlı toplumunun də sinifsiz toplum əsasına dayanan cümhuriyyət anlayışının yerləşməsinə hazır olduğu anlaşılmaqdadır.

əski Türk toplum quruluşuna baxıldığında dövlət məsələlərinin görüşüldüyü bir məclis var. Məclislərdə hökmdar daxil olmaq üzrə, dövlət irəli gələnləri seçilə bilməkdədir. Türk toplumunun sinifsiz bir toplum  olduğu və toplum də sinif mübarizəsinin olmadığı anlaşılmaqdadır. əski Türk dövlət anlayışına görə dövlət millət üçün vardır. Dövləti idarə edən hökmdar da özünü xalqa qarşı sorumlu hiss etməkdədir. cümhuriyyət rejimində də məclis olmaqda və idarəçilər seçkilə iş başına gətirilməkdədir. Yenə bu rejimdə də toplum də sinif fərqi yoxdur. Atatürk, "Bizim xalqımız mənfəətləri yekdigerlərindən ayrı sinif halında deyil; əksinə mövcudiyyətləri və muhaseleyi məsaisi yekdigərinə lazım olan siniflərdən ibarətdir" deyərək, Türkiyə cümhuriyyəti dövlətində sinif fərqinin olmadığını aşkar bir şəkildə ifadə etmişdir. zatən əski Türklərdə törənin dəyişməz hökmləri olan könilik (ədalət), uzluq (faydalılıq), tüzlük (eşidlik) və kişilik (evrənsəllik) toplumda sinif fərqinin oluşmadığını göstərmək baxımından önəm daşımaqdadır. Ayrıca, Türklərin ən əski tarixlərindən etibarən onlarda çox gözə çarpan bir şəkildə var olan istiqlal anlayışı da haqq və azadlıqlar rejimi olan cümhuriyyət anlayışının inkişafında önəmli bir rol oynamışdır.

Türk millətinin özəlliyini və Türk tarixini çox yaxşı bilən Atatürk, "Türk millətinin təbiət və karakterinə ən uyğun idarə cümhuriyyətdır" demişdir. Bu fikirin ortaya atılmasının tarixi təməlləri vardır. Yuxarıda misallarla göstərdiyimiz üzrə, Ən əski Türk dövlətlərindən başlayaraq, daha sonra fərqli coğrafyalarda qurulan Türk dövlətlərindəki yönətim anlayışı zamanla təkamül edərək, cümhuriyyət rejiminin mənimsənməsində etkili olmuşdur.

Türklərdə ədalət, faydalılıq, eşidlik və evrənsəllik təməlinə söykənən anlayışlar çox erkən dönəmlərdə meydana gəldiyindən Türk millətinin karakterinə ən uyğun idarə şəkli olaraq cümhuriyyət rejimi mənimsənmiş və qəbul edilmişdir. Sinifsiz toplum  quruluşu, məclislər, idarəçilərin seçkilə iş başına gətirilmələri, ağla və bilimin öndərliyinə önəm vermə kimi bir sıra özəlliklərin Türklərdə varlığı cümhuriyyət anlayışına Türk toplumunun yatqın olduğunu göstərməkdədir. Bu anlayışlar cümhuriyyətin qəbuluna yansımış görülməkdə və bəzi paralelliklər qurmağı da mümkün etməkdədir. Türk millətinin təbiət və karakterinə ən uyğun rejim olan cümhuriyyət dünən və bu gün olduğu kimi, gələcəkdə də bu özəlliyini qoruyacaq.

 Yazan: Prof. Dr. İlhamı Durmuş

Köçürən: Abbas Elçin


آچار سؤزلر : تورک دونیاسی,