آذربایجان خالق گولمهجهلری (3)
عباس ائلچین
آللاهدان بؤیوک!
بیر اوشاق بؤیوک باباسیندان سوروشور:
- دونیادا ان بؤیوک نمنهدیر؟
بؤیوک بابا جاواب وئریر:
- داغلار..
اوشاق یئنه سوروشور:
- داغلاردان بؤیوک نمنهدیر؟
- داغلاردان بؤیوک دنیزلردیر...
- دنیزلردن بؤیوک؟
- دنیزلردن بؤیوک یئر کورهسیدیر
- یئر کورهسیندن بؤیوک؟
- یئر کورهسیندن بؤیوک گؤیلردیر یئری قوینونا آلیب
- گؤیلردن بؤیوک نمنهدیر؟
- گؤیلردن بؤیوک آللاهدیر
- آللاهدان بؤیوک نمنهدیر؟
کیشی بیر آز دوشونوب سونوندا جاواب وئریر:
- اوغلوم! آللاهدان بؤیوک، منیم گوناهلاریمدیر!
بو جاواب تانری درگاهینا خوش گلیب غیبدن سس گلیر:
- بؤیوک بابا!... گوناهلارینا عفو قلمی چکیلدی آللاهدان بؤیوگو اولماسین!
Azərbaycan xalq gülməcələri (3)
Abbas Elçin
Allahdan böyük!
Bir uşaq böyük babasından soruşur:
- Dünyada ən böyük nəmənədir?
Böyük baba cavab verir:
- Dağlar..
Uşaq yenə soruşur:
- Dağlardan böyük nəmənədir?
- Dağlardan böyük dənizlərdir...
- Dənizlərdən böyük?
- Dənizlərdən böyük yer kürəsidir.
- Yer kürəsindən böyük?
- Yer kürəsindən böyük göylərdir yeri qoynuna alıb.
- Göylərdən böyük nəmənədir?
- Göylərdən böyük Allahdır.
- Allahdan böyük nəmənədir?
Kişi bir az düşünüb sonunda cavab verir:
- Oğlum! Allahdan böyük, mənim günahlarımdır!
Bu cavab tanrı dərgahına xoş gəlib qeybdən səs gəlir:
- Böyük baba!... Günahlarına əfv qəlmi çəkildi Allahdan böyüyü olmasın!